Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.08.2023 14:43
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun əməkdaşları Şəmkir rayonunda ekspedisiyada olublar

Dendrologiya İnstitutunun əməkdaşları Şəmkir rayonunda ekspedisiyada olublar

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Bəzək memarlığı laboratoriyasının əməkdaşları Şəmkir rayonunda ekspedisiyada olublar. 

Ekspedisya zamanı müşahidələr  aparılıb, mədəni dendroflorasında 28 fəsilə, 33 cins və 37 növə aid - qırmızı tut (Morus rubra L.), ağ zoğal (Cornus alba L.), söyüdyarpaq dovşanalması (Cotoneaster salicifolius Franch.), buynuzlu fındıq (Corylus cornuta Marsh.), forçuna traxikarpusu (Trachycarpus fortunei H.Wendl.), sallaq saqovnik (Cycas revoluta Thunb.), Arizona sərvi (Cupressus arizonica Greene), şişyarpaq şümşə (İlex aquifolium L.), mantar palıdı (Quercus suber L.), yapon birgözü (Ligustrum japonicum Thunb.), Qafqaz xurması (Diospyros lotus L.), Benks qızılgülü (Rosa banksiae R.Br.), parlaq birgöz (Ligustrum lucidum W.T.Aiton), qızılı bambuk (Phyllostachys aurea Riviere), lifli yukka (Yucca filamentosa L.), bənövşəyi tulbagiya (Tulbaghia violacea Harv.), çin ardıcı (Juniperus chinensis L.) və s. dekorativ ağac, kol və ot bitkilərinin taksonomik tərkibi, mənşəyi, kompozisiyaların tərtibatı, kiçik memarlıq formalarının istifadə qaydaları təyin edilib və fotoşəkilləri çəkilib.

Tədqiq edilən bitkilər Amerika, Rusiya, Yaponiya, Çin, Avropa, Kanada, Hindistan, Meksika, Afrika, Niderland, Himalay, Qara dəniz sahili, Zaqafqaziya, Koreya, Avrasiya, Kanar adaları, Balkan yarımadası, Asiya, Yeni Zelandiya, Livan mənşəlidir. Kompozisiyalar müntəzəm üslubda (həndəsi formalı) və landşaft və ya mənzərəli üslubda (orijinal formalı) tərtib edilib. Əsasən landşaft və ya mənzərəli üslubda olan orijinal formalara üstünlük verilib. Kompozisiyalarda əsasən həmişəyaşıl ağac və kollardan, dekorativ ot bitkilərindən istifadə edilib. Kompozisiyaların ətrafında yerləşən kiçik memarlıq formaları ətraf mənzərəni daha da canlandırır. Laboratoriya tərəfindən Şəmkir rayonunda aparılan elmi-tədqiqat işi davam etdirilərək tədqiq edilən bitkilərin Abşeronun landşaft dizaynında istifadə perspektivliyi öyrənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: