Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

24.08.2023 13:08
  • A-
  • A
  • A+

Beynəlxalq simpoziuma hazırlıqla bağlı görüş keçirilib

Beynəlxalq simpoziuma hazırlıqla bağlı görüş keçirilib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun baş direktoru v.i.e., biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova ilə Ərzurum Texniki Universitetinin rektoru, prof.Dr Bülent Çakmak arasında onlayn görüş keçirilib.

Görüş zamanı 6-8 sentyabr 2023-cü il tarixlərində Dendrologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Avrasiyada Biomüxtəliflik - SEAB 2023” VI beynəlxalq simpoziumun  keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Simpozium Avropa və Asiya qitələrinin əsas bitki örtüyü və heyvanlar aləmi olmaqla, çox sayda elmi araşdırmalar üzrə “Ətraf mühitin çirkləndiricilərinin iqlim dəyişkənliyinə təsiri”, “İqlim dəyişkənliyinin növlərin yayılması, arealı və miqdarına təsiri”, “Bitkilərin in vitro, in situ, ex situ şəraitində biomüxtəlifliyinin öyrənilməsi və biomüxtəlifliyin saxlanılmasının normativ-hüquqi bazası”, “Təbii və antropogen amillərin biomüxtəlifliyə təsiri” və “Biomüxtəlifliyin saxlanılma problemləri” və s. bölmələri əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: