Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.08.2023 17:42
  • A-
  • A
  • A+

Özbəkistanlı tələbələr Nizami Muzeyinin qonağı olublar

Özbəkistanlı tələbələr Nizami Muzeyinin qonağı olublar

Azərbaycan Respublikası Diasporlarla iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bir qrup tələbəsi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Tələbələri Daşkənd Dövlət Pedaqoji Universitetinin prorektoru müşayiət edib, onlara zəngin Azərbaycan ədəbiyyatı haqqında ətraflı məlumat verilib.

Əsrlər boyu müxtəlif dillərdə və əlifbalarda yaradılmış elmi və bədii əsərlərimizlə tanış olan tələbələr muzeyin ekspozisiyasını bəzəyən tablolar, xalçalar, miniatürlər və xatirə əşyalarını böyük maraqla tamaşa ediblər.

Müasir Azərbaycan ədəbiyyatı nümayəndələrinin yaradıcılığından seçmə şeirləri özbək dilinə tərcümə edən gənclər muzeyin “Rəylər kitabı”na öz fikirlərini yazıb və bu mədəniyyət ocağında təkrarən olmaq istədiklərini qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: