Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.09.2023 09:38
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun əməkdaşı “Gənclər Davamlı İnkişaf üçün” layihəsində iştirak edib

Neft və Qaz İnstitutunun əməkdaşı “Gənclər Davamlı İnkişaf üçün” layihəsində iştirak edib

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun əməkdaşı İsmayıl İsmayılov Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Yardımlı Olimpiya İdman Kompleksində həyata keçirilən gənclərin fərdi inkişafına yönəlik “Youth for Sustainable Development” (Gənclər Davamlı İnkişaf üçün) adlı düşərgəsində iştirak edib.

Layihə çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri və onun tətbiq sahələri”, “Qeyri-formal təhsil və onun prinsipləri”, “Layihələrin yazılması prosesində ideyanın formalaşdırılması”, “Gənclərlə işdə rol modeli” və digər mövzular olmaqla ümumilikdə 14 istiqamətdə təlim sessiyası keçirilib. Düşərgə müddətində, həmçinin müxtəlif komanda oyunları və qrup işləri baş tutub, gənclər öz bilik və bacarıqlarını qeyri-formal təhsil metodları vasitəsilə təkmilləşdiriblər.

Təşəbbüskar və motivasiyalı 45 gəncin seçildiyi bu layihədə Neft və Qaz İnstitutunun gənc mütəxəssisi İsmayıl İsmayılov iştirak edib və sertifikatla təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: