4-7 sentyabr 2023-cü il tarixlərində Türkiyənin Konya Texniki Universitetində 23-cü Beynəlxalq Mexanika Konqresi keçirilib.
Konqresdə Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalov “Banax-Sobolev fəzalarında elliptik tənliklər nəzəriyyəsinin müasir problemləri” mövzusunda plenar məruzə ilə çıxış edib və sertifikatla mükafatlandırılıb.
Konqres bölmə iclasları və dünyanın müxtəlif elm mərkəzlərinin, universitetlərinin mexanika riyaziyyatçı alimlərinin məruzələrini dinlənilməklə öz işini yekunlaşdırmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.