Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

15.09.2023 15:31
  • A-
  • A
  • A+

Rusiyalı alimlər Şərqşünaslıq İnstitutunda olublar

Rusiyalı alimlər Şərqşünaslıq İnstitutunda olublar

Rusiya Xalqlar Dostluğu Universitetinin Strateji Araşdırmalar və Proqnozlar İnstitutunun direktor müavini, siyasi elmlər namizədi Maksim Yurakov, Rusiya Elmlər Akademiyasının İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutunun Yaxın və postsovet Şərq şöbəsinin əməkdaşları Alina Sbitneva və Razil Quzaerov AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

Rusiyalı alimlər AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. Akademik G.Baxşəliyeva institutda görülən işlərdən, xüsusilə rusiyalı alimlərin tədqiqat sahəsi olan türkologiya üzrə aparılan tədqiqatlardan bəhs edib. Görüşdə Rusiya-Azərbaycan münasibətləri, elmi əlaqələri, qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı söhbət aparılıb.

Daha sonra rusiyalı alimlərin iştirakı ilə elmi seminar keçirilib. Elmi seminarda rusiyalı türkoloq alim Razil Quzaerov “Türk faktoru və mədəni rəğbət” mövzusunda mühazirə oxuyub. Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. R.Quzaerov şərqşünas alimlərin suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: