Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dendrologiya İnstitutu Belarus Baş Botanika Bağı ilə əməkdaşlıq edəcək
18.09.2023 17:02
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutu Belarus Baş Botanika Bağı ilə əməkdaşlıq edəcək

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu ilə Belarus Milli Elmlər Akademiyasının Baş Botanika Bağı arasında elmi və elmi-təşkilati fəaliyyətə dair müqavilə imzalanıb.

Sənədi Belarus Milli Elmlər Akademiyasının Baş Botanika Bağının direktoru Fyodor Privalov və Dendrologiya İnstitutunun baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova imzalayıblar.

Müqavilədə bitkilərin introduksiyası, bioloji biomüxtəlifliyin və dünya florasının mühafizəsi problemlərinin həllinin yeni introduksiya şəraitində öyrənilməsi, bitki introduksiyası sahəsində uzunmüddətli və səmərəli birgə görüşləri nəzərə alaraq əlaqələrin qorunub saxlanması və möhkəmləndirilməsinə dair əməkdaşlıq yer alır.

İki ölkənin elmi-tədqiqat institutları arasında əlaqələrin və səmərəli əməkdaşlığın təşkilinə geniş imkanlar yaradan müqavilə 5 il müddətinə nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: