Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan institutun baş direktor vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə duran məsələlərlə şura üzvlərini tanış edib. Sonra beynəlxalq bazalarda indeksləşən jurnallarda nəşr olunan məqalələrə görə mükafatın verilməsi haqqında məlumat verib.
İnstitutun icraçı direktoru, b.e.d., dosent Elşad Əhmədov 2024-cü ildə keçirilməsi planlaşdırılan beynəlxalq və respublika səviyyəli konfranslar haqqında məruzə ilə çıxış edib.
İclasda, həmçinin 2023-cü tədris ili üçün qəbul olmuş doktorant və dissertantların dissertasiya mövzularının adları geniş müzakirə olunub.
Sonda gündəlikdə duran digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.