Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.09.2023 16:05
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşlarına ingilis dili sertifikatları təqdim olunub

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşlarına ingilis dili sertifikatları təqdim olunub

Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Xəzər Universiteti arasında imzalanmış müqaviləyə əsaslanaraq aprel ayında xarici dil biliklərinin artırılması məqsədilə institutda 3 aylıq ingilis dili təlim kursu təşkil olunub.

Xəzər Universitetinin “İngilis dili və ədəbiyyatı” kafedrası tərəfindən təşkil edilən kursda institutun əməkdaşları  başlanğıc (Beginner) və orta (İntermediate) olmaqla, iki dərəcəli səviyyə dərslərində  iştirak ediblər.

20 sentyabr tarixində Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşlarına ingilis dili sertifikatlarının təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə iştirak edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev müasir dünyanın tələblərinə uyğunlaşmaq üçün ingilis dilinin əhəmiyyətini qeyd edib. Kursun təşkil olunmasında Xəzər Universitetinin rəhbərliyinə, müəllimlərinə təşəkkürünü bildirib. Xəzər Universitetinin “İngilis dili və ədəbiyyatı” kafedrasının müdiri Milana Abbasova  kursu uğurla bitirən əməkdaşları təbrik edib. M.Abbasova əməkdaşlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayaraq onlara Xəzər Universiteti tərəfindən verilən rəsmi sertifikatları təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: