Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.09.2023 17:16
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Sentyabr ayının 21-də  AR ETN Biofizika İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovun sədrliyi ilə keçirilən iclasda Biofizika İnstitutunun elmi işçiləri Arzu Aydəmirovanın və Mətanət Baxışovanın 26 iyun - 1 iyul 2023-cü il tarixlərində Şəki şəhərində “Gənc alimlərin innovativ ideya” düşərgəsində iştirakı ilə bağlı hesabatı və institutun elmi işçisi Mətanət Baxışovanın 2-8 sentyabr 2023-cü il tarixlərində Tovuz şəhərində “Gənc alimlərin yay düşərgəsi”ndə iştirakı ilə bağlı hesabatları dinlənilib.

Sonra Biofizika İnstitutunun 2023-cü il üçün elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbulu müzakirə olunub. Qeyd olunub ki, elmlər doktoru hazırlığı üzrə qiyabi doktoranturaya 1 nəfər - institutun böyük elmi işçisi, b.ü.f.d., dosent Ruhiyyə Quliyevanın qəbulu təsdiq edilib. R.Quliyevanın həm elmi məsləhətçisi, həm də dissertasiyanın mövzusu təsdiq edilib.

Gündəlikdə yer alan növbəti məsələ AR ETN-nin 11 sentyabr 2023-cü il tarixli məktubunun müzakirəsi haqqında olub. Məsələ müzakirə olunduqdan sonra 2023-cü il üzrə institutun elmi işçilərinin mühüm nəticələrinin hazırlanması ilə bağlı müvafiq qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: