Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu 10 oktyabr 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Geoinformatika, georesurslar, geoekologiya” mövzusunda IX beynəlxalq elmi konfrans keçirəcək.
Üç gün davam edəcək tədbirdə 10 xarici ölkədən yüzdən çox alimin iştirakı gözlənilir. Seksiyalar üzrə elmi müzakirə və poster müzakirələri, sahə tədqiqatlarında və geoloji obyektlərdə iştirak formatında reallaşacaq. Elmi sessiyanın işinə Elm və Təhsil Nazirliyinin, SOCAR, BP, AzerGold və geologiya-geofizika sahəsinə aid elmi-tədqiqat müəssisələrinin nümayəndələri qatılacaq.
Tədbir 10 oktyabr saat 10:00-da Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun inzibati binasında baş tutacaq.
Ünvan: H.Cavid prospekti - 119, III mərtəbə.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.