Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2023 14:15
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda Anım Günü tədbiri keçirilib

Dilçilik İnstitutunda Anım Günü tədbiri keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə institutun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Baba Məhərrəmli bildirib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər qürur yerimizdir.

Tədbirdə çıxış edən professor İsmayıl Məmmədli, İsmayıl Kazımov, Sevil Mehdiyeva, dosentlər Elçin İsmayılov, Təranə Şükürlü, Qətibə Quliyeva Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində əsgər və zabitlərimizin şücaət və fədakarlıqlarından söhbət açıb, şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: