Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2023 14:46
  • A-
  • A
  • A+

Botanika İnstitutunda 27 Sentyabr - Anım Günü qeyd olunub

Botanika İnstitutunda 27 Sentyabr - Anım Günü qeyd olunub

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən institutun baş direktoru, professor, b.e.d. Səyyarə İbadullayeva bildirib ki, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixinə silinməz səhifələr yazdı. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə göstərdi, bir yumruq kimi birləşərək əsl həmrəylik nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, möhkəm iradəsi, uzaqgörən strategiyası, uğurlu xarici-daxili siyasəti nəticəsində xalqımız 44 gün ərzində sonra tarixinin ən möhtəşəm Qələbə qazandı.

S.İbadullayeva Qarabağda baş verən son hadisələri vurğulayaraq, Vətən müharibəsinin sonunda qəbul edilən 10 noyabr bəyanatına əməl etməyən erməni separatçılarını tərkisilah etmək məqsədi ilə 19 sentyabr 2023-cü il tarixində başlanan anti-terror əməliyyatılarının növbəti qələbəmizlə başa çatdığını qeyd edib.

Tədbirdə çıxış edən b.e.d., professor Eldar Novruzov və b.ü.f.d., dosent Rəşad Səlimov 44 günlük müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi səfərbərlikdən, igidlərimizin müharibə dövründə göstərdikləri şücaətdən danışıb, torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında qəhrəmanlıq göstərərək canını vətən uğrunda qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Tədbir institut əməkdaşlarının II Şəhidlər xiyabanına ziyarəti ilə davam edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə çiçəklər düzülüb, onların yaxınlarına başsağlığı verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: