AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda 27 sentyabr - Anım gününə həsr edilən tədbir keçirilib.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım tədbirini giriş sözü ilə institutun baş direktoru, akademik Arif Həşimov açıb. O, 2020-ci ilin bu günü Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığını vurğulayıb. Bildirib ki, 44 gün davam edən Vətən müharibəsi təxminən 30 illik işğalın sona çatması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən geniş bəhs edib.
Akademik A.Həşimov bugünlərdə düşmənə qarşı aparılan antiterror tədbirlərindən də bəhs edib. Bildirib ki, 24 saatdan da az davam edən əməliyyat nəticəsində Müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlıq nəticəsində separatçılar təslim oldu. O, əldə olunan bütün nəticələrin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin nəticəsi olduğunu vurğulayıb. Akademik A.Həşimov Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinlərə göstərilən humanitar yardımlardan, onların inteqrasiyasından da bəhs edib.
Anım tədbirində fizika-riyaziyyat elmləri doktoru Qüdrət İsaqov, fizika üzrə fəlsəfə doktorları Eldar Həsənov, Lalə Əliyeva və elmi işçi Bayram Xudayarov da çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.