Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.09.2023 16:28
  • A-
  • A
  • A+

“Azərbaycanda iqlim dəyişkənliyinin meşə təsərrüfatına təsirinin qiymətləndirilməsi” adlı seminar təşkil olunub

“Azərbaycanda iqlim dəyişkənliyinin meşə təsərrüfatına təsirinin qiymətləndirilməsi” adlı seminar təşkil olunub

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Dendroxronologiya laboratoriyasının elmi işçisi, dissertant Sona Qulizadə “Azərbaycanda iqlim dəyişkənliyinin meşə təsərrüfatına təsirinin qiymətləndirilməsi” adlı seminar təşkil edib. 

Seminarda Azərbaycanda iqlim dəyişkənliyinin meşə təsərrüfatına təsirinin qiymətləndirilməsindən, yerin iqlimi, tarix boyu bir çox dəyişikliklərə məruz qalmış, mürəkkəb, çoxkomponentli bir sistemindən, bitkilərin boy artım, fenologiyası və dinamikasına  təsirindən söz açılıb.

Son dövrlərdə dünyada müşahidə edilən temperatur artımı antropogen amillərin təsiri hesabına baş vermişdir. Bu antropogen amillər istilik effekti əsasında yaranaraq tərkibi  karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-flüor qaz birləşmələrindən ibarətdir. Bununla yanaşı, son 10 illiklərdə  müşahidə edilən isti küləklər, qasırğalar, yağıntılar, sel-daşqınlarının təbiətdə intensivliyi və tezliyi xeyli artmışdır. Əvvəllər dəniz və okean suları 1000 metr dərinliyə qədər qızırdısa, son dövrlərdə qızma 2000 metr dərinliyə qədər artıb. Bu isti axınlar okean və dənizlərdə biomüxtəlifliyə öz mənfi təsirini göstərir ki, bu da təbii fəlakətlərin yaranmasının əsas göstəricisidir.

Böyük və Kiçik Qafqaz meşə ekosistemlərində Pinus eldarica, Carpinus betulus L. Quercus castaneifolia C.A.Mey bitki növlərinin keçdiyi tarixi inkişaf yolu ekzogen hadisələrə, ağacların potensial artımına təsir göstərən amillər haqqında məlumat toplamağa imkan verir. Bu məqsədlə bitki nümunələrindən qələm və disk formasında kəsiklərdən nümunələr götürülmüşdür. Suunto və makita cihazları vasitəsilə 0,5-1,6 metr hündürlükdə, diametri 4-5 mm, uzunluğu 10-50 sm olan nümunələrdən xronoloji məlumatlar toplamaq üçün qurudularaq laboratoriya şəraitinə köçürülmüşdür. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycanda orta illik temperatur 0,4-1,3C0-yə qədər artmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: