Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

17.10.2023 17:38
  • A-
  • A
  • A+

“İlham Əliyevin Gəncə şəhərinə səfərləri” adlı monoqrafiya işıq üzü görüb

“İlham Əliyevin Gəncə şəhərinə səfərləri” adlı monoqrafiya işıq üzü görüb

AMEA-nın Gəncə Bölməsi cənab İlham Əliyevin 2003-cü ilin oktyabrın 15-də Azərbaycan Respublikası Prezidenti seçilməsinin 20-ci ildönümü ilə bağlı əlamətdar tarixə həsr olunmuş yeni kitab nəşr edib.

“İlham Əliyevin Gəncə şəhərinə səfərləri” adlı monoqrafiya Bölmənin Rəyasət Heyətinin qərarı ilə çap olunub.

Layihə rəhbəri AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev olan, “Elm” nəşriyyatında işıq üzü görən kitab Bölmənin əməkdaşlarının birgə əməyi ilə ərsəyə gətirilib.

Bölmənin sədri, akademik Fuad Əliyev kitabın işıq üzü görməsi münasibətilə əməkdaşları təbrik edib. O, həmçinin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndində müqəddəs  bayrağımızı ucaltmasını bütün Azərbaycanlıların həsrətlə gözlədiyi qürurlu an kimi xarakterizə edərək, bu tarixi hadisənin də məhz onun ölkəmizin rəhbəri seçilməsinin 20 ilinin tamam olması günündə baş verməsini Uca Yaradanın hökmü kimi dəyərləndirib.

Monoqrafiyanın, həmçinin Gəncənin son iyirmi ildə inkişafı üzrə bir ensiklopedik məlumat toplusu xarakteri daşıdığını da vurğulayan akademik Fuad Əliyev bildirib ki, onun səhifələrində cənab İlham Əliyevin bir dəfə Baş nazir qismində, 19 dəfə isə Prezident kimi Gəncə şəhərinə etdiyi səfərlərin müfəssəl xronikası, həmin səfərlərin işığında burada aparılan genişmiqyaslı quruculuq işləri, eləcə də ölkə başçısının Gəncə şəhəri ilə bağlı imzaladığı Sərəncam və digər sənədlər, etdiyi çıxışlar, verdiyi tapşırıq və tövsiyələr  öz əksini tapıb.

AMEA Gəncə Bölməsinin sədri kitabın hazırlanmasında və çap prosesində əməyi olan əməkdaşlara minnətdarlıq ifadə edib..

Toplantıda çıxış edən əməkdaşlar da yeni kitabın işıq üzü görməsindən məmnunluq və fəxarət duyduqlarını dilə gətirərək, “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” toplusunun ideyasına və bu ideyanın gerçəkləşdirilməsi yönündə fəaliyyətinə görə akademik Fuad Əliyevə təşəkkür ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: