AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Qeylani Pənahovun biblioqrafik göstəricisi çapdan çıxıb.
Alim 56-sı Rusiya Federasiyasının patenti olmaqla, 207-dən artıq elmi işin və 1 kitabın müəllifidir. Q.Pənahov tədqiqat işlərində müxtəlif məhlulların süzülməsi prosesində hidrodinamik məsələlələrdə elektrokinetik effektlərin nəzərə alınmasının vacibliyini göstərib, bir sıra özlü-elastik tərkiblər üçün təkliflər verərək bunların əsasında müvəffəqiyyətlə tətbiq olunan sənaye texnologiyaları yaradıb. Bu texnologiyalar hazırda Azərbaycan, Rusiya, ABŞ, Çin və Vyetnamda öz tətbiqini tapıb.
AMEA-nın müxbir üzvü Q.Pənahovun 70 illik yubileyi münasibətilə tərtib olunan vəsaitin elmi redaktoru MEK-in direktoru tex.e.d., dosent Hüseyn Hüseynov, redaktorları Biblioqrafiya şöbəsinin müdiri fil.ü.f.d. Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi şöbənin əməkdaşı Təranə Rüstəmovadır.
Azərbaycan, rus və ingilis dillərində olan biblioqrafik göstərici tarix, etnoqrafiya, arxeologiya üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər üçün dəyərli mənbədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.