Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Mətnin aktual problemləri” (Azərbaycan dilinin yeni sintaksisi) adlı monoqrafiya nəşr edilib
12.02.2025 16:31
  • A-
  • A
  • A+

“Mətnin aktual problemləri” (Azərbaycan dilinin yeni sintaksisi) adlı monoqrafiya nəşr edilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımovun “Mətnin aktual problemləri” (Azərbaycan dilinin yeni sintaksisi) adlı monoqrafiyası çap olunub.

Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitabın elmi redaktoru və “Ön söz” müəllifi elmi müəssisənin dirketoru professor Nadir Məmmədli, rəyçilər dosentlər Təranə Şükürlü, Elnarə Əliyeva və Təhminə İsmayılovadır. Monoqrafiyada sintaksisin aktual problemləri ilə bağlı 15 bölmə öz əksini tapıb.

İsmayıl Kazımovun kitabında mətnin aktual problemləri dilimizin müasir dönəmini əks etdirən dil hadisələri əsasında öyrənilir.

Kitabda təqdim edilən mövzuların  tematik müxtəlifliyi isə alimin ardıcıl tədqiqatlarının nəticəsi olan qiymətli elmi mülahizələrlə maraqlıdır. Bu məqsədlə müəllifin tədqiqata cəlb etdiyi “Nitq sintaksisi”, “Sintaksis hadisələr”, “İnternet sintaksisi. Sosial şəbəkə mətnləri”, “Söyləm mətn vahidi kimi”, “Ümumtəhsil məktəblərində mətn üzərində işin təşkili” üzrə araşdırmalar maraq doğurur.

Nəşrdə Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və s. məsələlər xüsusi qeyd olunur.

İsmayıl Kazımovun  yazılarının qarşısında hər zaman “yeni” sözünü işlətmək olur. Çünki alim çağdaş dil proseslərini o qədər aktiv şəkildə izləyir və yazılarında adekvat münasibət bildirir ki, onun dediyi söz hər zaman öz yeniliyini qoruyub saxlayır. Kitabda yer alan “Müasir türk dillərinin yeni sintaksisi. Sintaksisdə aktiv proseslər” adlı mövzular  zəhmətkeş alimin əməyi, elm adamının baxışları kimi önəmlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: