Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Kapitan Şahid Həbibullayev” kitabı nəşr olunub
11.02.2025 12:03
  • A-
  • A
  • A+

“Kapitan Şahid Həbibullayev” kitabı nəşr olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs Komissiyasının sədri Sonaxanım Hadıyevanın (Sona Xəyal) müəllifi olduğu “Kapitan Şahid Həbibullayev” kitabı işıq üzü görüb.

Kitabda məşhur kolleksioner, II qrup Qarabağ qazisi, “Azərbaycan bayrağı” ordenli Kapitan Şahid Həbibullayevin ömür yolu, Qarabağ müharibəsindəki şücaətləri və mis qablar kolleksiyası haqqında məlumat verilib.

Qeyd edək ki, yeni nəşrin redaktoru və “Ön söz”ün müəllifi Dilbər Ağayeva, rəyçiləri tarix e.d. Tahirə Həsənzadə, fil.e.d. Raqub Kərimov və fil.ü.f.d. Əli Məmmədbağıroğludur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: