Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.10.2023 14:38
  • A-
  • A
  • A+

Akademik İradə Hüseynova İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun Laçın şəhərində keçirilmış iclasında iştirak edib

Akademik İradə Hüseynova İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun Laçın şəhərində keçirilmış iclasında iştirak edib

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Laçın şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında iştirak edib.

İclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının (o cümlədən, AMEA-nın) nümayəndələri, İdarələrarası Mərkəzin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Publik Hüquqi Şəxsin nümayəndələri iştirak edib.

İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumlar tərəfindən Laçın şəhərində aparılan içməli və tullantı su sistemlərinin yenidən qurulması işləri, Qarabağda kəhrizlərin bərpası və su ehtiyatlarının idarə olunmasında onlardan istifadə perspektivləri (bu mövzu ilə bağlı AMEA-nın müxbir üzvü Pənah Muradov məruzə ilə çıxış edib), işğaldan azad edilmiş ərazilərdə aparılan kosmik tədqiqatlar, tikinti-söküntü tullantılarından təkrar xammal materialı kimi istifadə perspektivləri, yol-infrastruktur layihələrinin icrası zamanı ətraf mühitə minimum təsirə nail olunması, Laçın şəhərində yaşıllıqların mühafizəsi və bərpası perspektivləri, yol tikintisi işlərində tələb olunan xammal təminatı, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri ilə bağlı daxil olan müraciətlər, faydalı qazıntı yataqlarından səmərəli istifadənin təşkili, müasir texnologiyalardan istifadə olunması, işğaldan azad edilmiş ərazilərin, o cümlədən Laçın rayonunun çayları və onların hidroenerji potensialından istifadəsi, eləcə də istismara verilmiş və icrası davam edən kiçik su elektrik stansiyaları barədə məlumat verilib və Laçın şəhəri ərazisində icra olunan layihələrin ekoloji qiymətləndirilməsi məsələləri müzakirə edilib.

İclasdan sonra iştirakçılar Zerti Aqro-sənaye Parkının işi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: