Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.10.2023 11:02
  • A-
  • A
  • A+

Fizika İnstitutunun foyesində Qubadlı şəhərinin işğaldan azad olunması münasibətilə poster yerləşdirilib

Fizika İnstitutunun foyesində Qubadlı şəhərinin işğaldan azad olunması münasibətilə poster yerləşdirilib

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Qubadlı şəhəri həmin ilin oktyabrın 25-də işğaldan azad edilib.

Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla 25 oktyabr - Qubadlı şəhəri günü kimi təsis edilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.

Bu əlamətdar tarixlə bağlı Fizika İnstitutunda 44 günlük Vətən müharibəsinə həsr olunmuş guşə və Qubadlı şəhərinin görüntüsünü əks etdirən poster yerləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: