Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.10.2023 16:04
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun alimi Beynəlxalq Türkoloji Konqresdə iştirak edib

Dilçilik İnstitutunun alimi  Beynəlxalq Türkoloji Konqresdə iştirak edib

Qazaxıstanın Türkistan şəhərində Xoca Əhməd Yəsəvi adına Türk-Qazax Universiteti Türkologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən iki ildə bir dəfə təşkil edilən X Beynəlxalq Türkologiya Konqresi keçirilib.

Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi şərəfinə təşkil olunan X Beynəlxalq Türkologiya Konqresi “Müasir Türkologiya: əsas paradiqmalar və disiplinlərarasılıq” mövzusuna həsr olunub.

Konqesdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, professor İsmayıl Kazımov “Türkcələrin morfosintaksisi” mövzusunda məruzə ilə çıxış edib.

İsmayıl Kazımov ilk dəfə olaraq müasir türk dillərinin morfosintaksisinin yaradılması təklifini irəli sürüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: