Noyabrın 4-də AR Ekologiya və Təbii Sərvətlər Nazirliyində Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən “Bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: idarəetmənin təkmilləşdirilməsi vasitəsilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının vitse-prezidentləri xidmətinin elmi katibi biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə respublika üçün “Təbiəti Mühafizə Planı”nın hazırlanması üzrə işçi qrupunun eksperti qismində iştirak edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.