Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Belarus Elmlər Akademiyasının Fiziologiya İnstitutunun direktoru Dmitri Tapalskiy qonaq olub.
Qonaq institutun baş direktoru, akademik Arif Həşimovla görüşüb. Akademik Arif Həşimov qonağa elmi müəssisənin tarixi, fəaliyyət istiqamətləri, burada aparılan tədqiqatlar, beynəlxalq əlaqələri və s. haqqında məlumat verib. Dmitri Tapalskiy də rəhbərlik etdiyi elmi müəssisə haqqında danışıb, görülən işlərdən söhbət açıb. Görüş çərçivəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Daha sonra D.Tapalskiy Fizika İnstitutunun tarixini əks etdirən stendlərlə tanış olub.
Görüşdə Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova və Fizika İnstitutunun Təhsil, xarici ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov da iştirak edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.