Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

03.02.2025 16:38
  • A-
  • A
  • A+

MEK-də növbəti könüllülük hərəkatına start verilib

MEK-də növbəti könüllülük hərəkatına start verilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) könüllü namizədlərlə görüş keçirilib.

Kitabxananın direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov dövlət tərəfindən aparılan uğurlu gənclər siyasətindən danışıb və MEK-in fəaliyyət istiqamətləri haqqında namizədlərə məlumat verib. Qeyd edib ki, AMEA-da ilk olaraq Mərkəzi Elmi Kitabxanada fəaliyyətə başlayan könüllülük hərəkatı gənclərin fərdi inkişafına, məsuliyyətli bir vətəndaş və gələcək peşəkar kadr kimi formalaşmasına təsir edir. Budəfəki müsabiqəyə qoşulanların sayında artım müşahidə olunduğunu vurğulayan direktor gənclərin MEK-ə marağını yüksək qiymətləndirib.

Daha sonra MEK-in elmi katibi, “MEK könüllüləri”nə məsul şəxs Şəbnəm Rüstəmova müsabiqənin şərtləri, eləcə də gələcək üç ay ərzindəki fəaliyyətləri haqqında onları ətraflı məlumatlandırıb. Elmi katib son mərhələdə onlardan xüsusi keyfiyyətlərə malik 20 nəfər gəncin seçiləcəyini, öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən sertifikatlar veriləcəyini, aktivliyi ilə seçilənlərə isə xasiyyətnamələrin təqdim olunacağını bildirib.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, kitabxana ilə tanışlıqları baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: