Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanovla görüşüb.
Görüş zamanı tərəflər akademiyanın əsas fəaliyyət istiqamətləri olan mədəni irsin tədqiqi və təbliği, türk dünyasında elmi əməkdaşlığın inkişafı kimi məsələləri müzakirə ediblər.
Şahin Mustafayev rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr barədə məlumat verib və bu layihələrin türk xalqlarının ortaq tarixi-mədəni irsinin qorunması və təbliği baxımından əhəmiyyətini vurğulayıb.
Səfir Ağalar Atamoğlanov öz növbəsində Akademiyanın təşəbbüslərini dəstəklədiyini bildirib və Azərbaycanın elmi qurumları ilə Türk Akademiyası arasında əməkdaşlığı gücləndirməyə hazır olduğunu deyib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.