Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

01.11.2023 17:02
  • A-
  • A
  • A+

İraqdakı Türkmən Mədəniyyət Mərkəzinin sədri Sabah Kərküklü Şərqşünaslıq İnstitutunda olub

İraqdakı Türkmən Mədəniyyət Mərkəzinin sədri Sabah Kərküklü Şərqşünaslıq İnstitutunda olub

İraq Mədəniyyət Nazirliyinin nəzdindəki Türkmən Mədəniyyət Mərkəzinin sədri doktor Sabah Abdullah Kərküklü AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Sabah Kərküklü AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Akademik Gövhər Baxşəliyeva qonağa Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar barədə məlumat verib.

Sabah Kərküklü İraqda nəşr olunan “Türkmən Mədəniyyəti” rüblük populyar elmi jurnalının dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş son sayını həmin nömrədə ərəb dillərində məqalələri dərc olunan müəlliflərə təqdim edib. O, jurnalı “Böyük Azərbaycan şairi Füzuli Bağdadi yaradıcılığında məhəbbət konsepsiyası və qədim ərəb üzri lirikası” adlı məqalənin müəllifi akademik Gövhər Baxşəliyevaya, “Füzuli Bağdadinin ərəbdilli bədii irsinin tədqiqi” adlı məqalənin müəllifi, Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlüyə, “Füzuli Bağdadinin “Hədiqət-üs-Süəda” əsəri Azərbaycan klassik nəsr ədəbiyyatının nümunəsi kimi” adlı məqalənin müəllifi, institutun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevə və “Füzulinin türk şeirlərində ərəb sözləri” məqaləsinin müəllifi, AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidova təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: