Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

02.11.2023 09:36
  • A-
  • A
  • A+

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevlə Dilçilik İnstitutunda görüş keçirilib

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevlə Dilçilik İnstitutunda görüş keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin  AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda  partiya fəalları ilə görüşü olub.

İclası giriş sözü ilə açan institutun baş direktoru, professor Nadir Məmmədli bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi ilə qısa zaman ərzində işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi üzrə partiya fəalları iştirak edib.

YAP-nın  Dilçilik İnstitutu üzrə ərazi partiya təşkilatının sədri, professor Sayalı Sadıqova çıxışında bildirib ki, bu gün bütün sahələr üzrə əldə olunan uğurların əsasını ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir. Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafının və tərəqqisinin əsasını təşkil edir. Ümumiyyətlə bu günün reallıqları ondan ibarətdir ki, Azərbaycan müstəqil bir dövlət kimi regionda və bölgədə etbarlı strateji tərəfdaşdır. Eyni zamanda ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu həyata keçirir.

Görüşdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Prezident, Partiyanın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-də keçirilən VII qurultayı istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin YAP-ı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilib. Bunlar ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızı beynəlxalq münasibətlər sistemində müdafiə edə bilən xarici siyasət strategiyasının formalaşdırılması, milli rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması, müstəqil siyasətin həyata keçirilməsi və ən əsası, ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı olan prinsiplər idi. Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər, lokal xarakterli antiterror əməliyatının tam dəqiqliklə həyata keçirilməsi və cari ilin oktyabr ayında Xankəndidə, digər ərazilərimizdə üçrəngli dövlət bayrağımızın ucaldılması Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbələr qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün tam bərpasına nail oldu.

Tədbirdə  çıxış edən partiya fəalları Tətbiqi dilçilik şöbəsinin müdiri,  professor  İsmayıl Məmmədli, Dilçilik İnstitutunun icraçı direktoru, dosent Baba Məhərrəmli, filologiya elmləri doktoru Şəbnəm Həsənli Qəribova, Mətbuat xidmətinin rəhbəri, dosent Təranə Şükürlü, Təhsil şöbəsinin müdiri, dosent Rasim Heydərov və dosent Qətibə Quliyeva  vurğulayıblar ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ardıcıl qazanılmış tarixi Zəfərlər çoxəsrlik Azərbaycan tarixinin nadir və təkrarsız hadisəsidir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda qazanılmış Zəfərlə ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir. Hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməkdə davam etdirilən işğaldan azad edilmiş torpaqlarımıza Böyük qayıdış hərəkatı Qarabağda dağıdılmış kəndlərin və şəhərlərin bərpa edilməsi və yenidən qurulması ilə bərabər, həm də bütövlükdə müstəqil Azərbaycanın daha güclü və parlaq gələcəyini də aydın şəkildə təsəvvür etməyə imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: