Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.11.2023 14:28
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşı “Horizon Avropa” düşərgəsində iştirakına görə sertifikata layiq görülüb

Əlyazmalar İnstitutunun əməkdaşı “Horizon Avropa” düşərgəsində iştirakına görə sertifikata layiq görülüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş mütəxəssisi Pərişan İbrahimova Avropa Komissiyası “Horizon Avropa” proqramına layihələrin yazılması üzrə fərdi ekspert konsultasiyaları və təlim düşərgəsində iştirakına görə sertifikatla təltif olunub.

Avropa Komisiyyasının Avstriyadan olan eksperti Qorazd Veis (Gorazd Weiss) və italiyalı ekspert Bruno Mourenza (Bruno Mourenza) tərəfindən keçirilmiş, bir sıra dövlət qurumları, elmi-tədqiqat institutları və ali təhsil müəssisələrini təmsil edən alim və mütəxəssislərin qatıldığı təlimlərdə Avropa Komissiyasının elan etdiyi qrant layihələri və ona müraciət prosedurları barəsində məruzələr oxunub, əməkdaşımız proqram çərçivəsində komandaqurma, layihələrin birgə hazırlanması və idarə edilməsinə, büdcə hesabatlılığına dair praktiki təlimlərlə tanış olub.

Qeyd edək ki, “Horizon Avropa təklif yazma düşərgəsi” təlim proqramı Avropa İttifaqı və Azərbaycan arasında Tədqiqat və İnnovasiya Əməkdaşlığı çərçivəsində Avropa Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: