Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.11.2023 21:56
  • A-
  • A
  • A+

Professor Fərman Quliyev dəfn olunub

Professor Fərman Quliyev dəfn olunub

Azərbaycan Respublikasının Əməkdar aqrоnоmu, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyev Lənkəran rayonunun Sütəmurdov kənd qəbiristanlığında dəfn olunub.

Vida mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək professor Fərman Quliyevin həyat və yaradıcılığından, elmi-təşkilati fəaliyyətindən danışıb, mərhum alimi aqrar elmlər üzrə məhsuldar və yorulmaz tədqiqatçı kimi səciyyələndirib.

Mərasimdə AMEA Rəyasət Heyətinin üzvləri – akademik Arif Həşimov, akademik İradə Hüseynova, Lənkəran Regional Elmi Mərkəzinin kollektivi, şəhər elmi ictimaiyyətinin nümayəndələri, eləcə də alimin ailə üzvləri iştirak ediblər.

Mərhum alimin məzarı önünə əklillər və gül dəstələri düzülüb, çıxışçılar professor Fərman Quliyevlə bağlı xatirələrini bölüşüb, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, professor Fərman Quliyev noyabrın 7-də ömrünün 86-cı ilində vəfat edib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Rəyasət Heyətinin üzvləri Sütəmurdov kənd qəbiristanlığında XIX əsr Azərbaycan şairi Mirzə İsmayıl Qasirin, eləcə də İkinci Qarabağ müharibəsi şəhidlərinin və 1918-ci ilin Mart soyqırımı zamanı ermənilər tərəfindən Lənkəranda törədilmiş kütləvi qırğınlar zamanı qətlə yetirilən soydaşlarımızın məzarlarını ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: