Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.11.2023 22:00
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının təqdimat mərasimində çıxış edib

Akademik İsa Həbibbəyli “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının təqdimat mərasimində çıxış edib

9-cu Bakı Beynəlxalq Kitab sərgisi çərçivəsində AR Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi konfrans və “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndərə həsr olunan qısa sənədli film nümayiş olunub.

Konfransı giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq hərkəsi salamlayıb,  Ulu Öndərin milli-mənəvi dəyərlərimizin inkişafında, onun qorunmasında misilsiz xidmətlərindən danışıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, professor Nizami Cəfərov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Milli Məclisin deputatları Anar İsgəndərov və Hikmət Məmmədov  çıxışlarında Ümummilli Liderin misilsiz xidmətlərindən və Beynəlxalq Kitab Sərgisinin əhəmiyyətindən danışıblar. Həmçinin konfrans çərçivəsində təqdimatı keçirilən “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının əhəmiyyəti vurğulanıb, tədqiqatçılar üçün ilham mənbəyi olacağı qeyd edilib. Biblioqrafiyanın bütövlükdə Azərbaycanda Heydər Əliyevşünaslığın bütün elmi əsərlərini özündə toplayan kitab olduğu vurğulanıb, onun bütövlükdə Azərbaycanın biblioqrafiyası olduğu qeyd edilib.

millikitabxana.az

  • Paylaş: