AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Namiq Musalının “Rus Oryantalistlere Göre Ehl-i Haklar” (“Rus şərqşünaslarına görə Əhli-Həqlər”) kitabı İstanbulda nəşr edilmişdir.
“Önsöz Yayıncılık” nəşriyyatında çapdan çıxmış kitabda orta əsrlər dövründən etibarən Azərbaycanda, İranda və s. ölkələrdə yayılmış, uzun müddət gizli fəaliyyət göstərmiş, mistik və ezoterik bir inanc sisteminə malik Əhli-Həqq təriqətinin etiqadları, ayinləri, tarixi və yayılma coğrafiyası haqqında ətraflı məlumat verilir. Nəşrdə rus şərqşünaslarının XIX əsrin sonlarından başlayaraq Əhli-Həqlərlə bağlı apardıqları araşdırmalar tərcümə edilərək təhlil edilir.
Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.