Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın kimya müəllimi Musayeva Mərziyyə Xalid qızı, həmin məktəbin VIII b sinif şagirdi Arifə Cabbarlı ilə “Sabahın alimləri” müsabiqəsinə iştirak etmək məqsədilə Abşeronda introduksiya olunmuş sərv cinsinə aid Cumpessus Puramifalis növünün bioloji xüsusiyyətləri və sənaye əhəmiyyəti haqqında məlumatlar öyrənmək üçün Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda olublar.
Görüş zamanı institutun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tofiq Sadiqov sərv cinsinə aid Cumpessus Puramifalis növünün bioloji xüsusiyyətləri və sənaye əhəmiyyətli haqqında və institutda aparılan innovativ elmi-tədqiqat işləri, beynəlxalq əlaqələr və qrant layihələr haqqında məlumat verib. Tələbələr bitkilərin bioekoloji xüsusiyyətləri barədə geniş məlumat alıb, həmçinin laboratoriyalardakı müasir avadanlıqlarla yaxından tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.