Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.11.2023 16:02
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu - Hesabat dövrü ərzində Günəş orta səviyyədə olmuşdur, maksimal sinifli alışma 3477 oblastındakı M1.2 sinifli alışma olmuşdur. Bir neçə qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəş ləkələrinin sayı 4-6 arası dəyişmişdir. Hal-hazırda 5 ləkə qrupunda 78 ləkə müşahidə olunur. Günəşin Yerə yönəlmiş səthində izolə olunmuş Tac dəlikləri müşahidə olunmur.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli 4372 pfu-ya kimi yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə 2 pfu-dək yüksələrək, həyəcanlaşmış səviyyədə olmuşdur.

Hesabat dövründə Günəş küləyinin sürəti 780 km/san-dək artmışdır. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 24 nT, radial istiqamətdə isə -15 nT-dək olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 415 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 9 nT, radial istiqamətdə isə 4 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsinin fəallığı qeyri-stabil olmuşdur. 7, 8 noyabr tarixlərində və bu gün yenidən  G1 səviyyəli geomaqnit qasırğaları baş vermişdir. Hal-hazırda geomaqnit sahəsi qeyri-sabitdir (Kp=3+).

Kosmik hava proqnozu – Proqnoz günlərində (13-19 noyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində  qalması gözlənilir.

Günəş küləyi sürətinin 10 noyabrda baş vermiş TKA və müsbət qütblü Tac dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 15 noyabradək normadan yüksək olacağı proqnozlaşdırılır.

Geomaqnit sahəsinin TKA və müsbət qütblü  müsbət qütblü Tac dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə gün ərzində G1 səviyyəsinədək yüksələcəyi gözlənilir.  Sonrakı günlərdə isə müsbət qütblü Tac dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin və 10 noyabrda baş vermiş TKA-nın təsiri ilə qeyri-sabit olacağı proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: