Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

14.11.2023 14:20
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin nümayəndəsi ilə görüş keçirilib

Dendrologiya İnstitutunda “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin nümayəndəsi  ilə görüş keçirilib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənova ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin sədr müavini  Söhrab Abbasov ilə elmi və praktik sahədə əməkdaşlığın perspektivləri ilə bağlı görüş keçirilib. 

Görüşdə Dendrologiya İnstitutu ilə “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC  arasında əməkdaşlığın daha da genişləndirilməsi, konkret layihələr üzrə əməkdaşlıq müqavilələrinin bağlanması, işçi qrupların yaradılması toxum mübadiləsi üzrə əməkdaşlıq və s. məsələlər müzakirə edilib.

Dendrologiya İnstitutunda Azərbaycanın bitki ehtiyatlarının zənginləşdirilməsi və tədqiqi üçün respublikanın müxtəlif ekoloji şəraitində bitən və xarici ölkələrdən gətirilən nadir, nəsli kəsilməkdə olan bitkilərin bioloji müxtəlifliyinin öyrənilməsi, onların genofondunun saxlanması və mühafizəsi üzrə elmi-tədqiqat işlərinin aparılması üçün işlər görülür.

Gələcəkdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq, toxum mübadiləsi və tədqiqatlar təcrübələri artırmağa, həm də elmin yeni nailiyyətlərini institutda tətbiq etməyə imkan verəcək.

İnstitutun baş direktoru v.i.e. Minarə Həsənova və Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədr müavini Söhrab Abbasov birgə həyata keçirilən işlərdən razılıq ifadə edib, bu əməkdaşlığın hər iki qurumun elmi-praktik fəaliyyəti üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: