Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.11.2023 10:28
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunda elmi seminar keçirilib

Qafqazşünaslıq İnstitutunda elmi seminar keçirilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunda növbəti elmi seminar keçirilib.

Tədbir “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyi”nə həsr edilib. Seminarı institutun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb.

İnstitutun Qafqaz tarixi (qədim dövrlərdən XX əsrədək) şöbəsinin müdiri tarix elmləri doktoru, professor Qasım Hacıyev “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması” mövzusunda məruzə edib.

Məruzəçiyə suallar verilib və müzakirələr aparılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: