Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru, Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri c.ü.f.d., dosent Zaur İmrani və Demoqrafiya və əhali coğrafiyası şöbəsinin kiçik elmi işçisi Bəyimxanım Hüseynovanın OIKO şirkətinin biznesin inkişafı üzrə köməkçisi Anni Uebber ilə onlayn formatda görüşü baş tutub.
Görüşün keçirilməsində əsas məqsəd ikitərəfli əlaqələrin gücləndirilməsi və şirkətin iştirak etdiyi layihələrdə Coğrafiya İnstitutundan da ekspertlərin seçilməsi olub. Anni Uebber şirkət haqqında söhbət açaraq, onun yaranması, gördüyü işlər, ofisi, hansı təşkilatlarla əməkdaşlıq etdiyi və nəzərdə tutulmuş işlər barədə institut əməkdaşlarına geniş məlumat verib. Bildirilib ki, əsas məqsədi davamlı inkişafı təmin etmək və qorumaq üçün qərəzsiz tədqiqat və siyasət məsləhətləri vermək olan şirkət 2003-cü ildə İspaniyada yaradılıb. Son on ildə şirkət İqlim Dəyişikliyinə Uyğunlaşmaya Dəstək proqramları və iqlim dəyişikliyinə qarşı təsirin azaldılması tədbirlərinin formalaşdırılması üzrə ixtisaslaşıb. Şirkətin əsas tərəfdaşları Dt Qlobal, Landell Mills, SEGES, Stantec, Len Mans Universiteti və s. əməkdaşlıq etdiyi təşkilatlar isə BMT-nin Sənayenin İnkişafı Təşkilatı, Kapital İnkişafı Fondu və İnkişaf Proqramı, Dünya Bankı, Avropa Komissiyası və s. kimi iri təşkilatlardır.
İkitərəfli görüşdə Z.İmrani Coğrafiya İnstitutunda ixtisaslaşmış şöbələr, onların gördüyü işlər və institutun hansı sahələr üzrə əməkdaşlıq edə biləcəyi haqqında qarşı tərəfə geniş məlumat verib, xanım Uebberin suallarını cavablandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.