Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.11.2023 11:23
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq tədbirdə sertifikata layiq görülüblər

Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq tədbirdə sertifikata layiq görülüblər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları II Beynəlxalq Astana Hüquq və Sosial Elmlər Simpoziumunda onlayn şəkildə iştirak ediblər.

Türkiyənin İstanbul şəhərində keçirilmiş simpoziumda institut əməkdaşları - aparıcı elmi işçi, fil.ü.f.d. Tünzalə Seyfullayeva, aparıcı elmi işçi, fəlsəfə ü.f.d., dosent Rübabə Şirinova, böyük elmi işçilər - fil.ü.f.d. Sevinc Bayramova, Sona Xəyal, Xoşqədəm Mirzəyeva və Könül Sadıqova, mütəxəssis Çinarə Qəbulova, kiçik elmi işçi Ramidə Abbasova, baş kitabxanaçı Lalə Hüseynova və laborant Aytən Musayeva dahi Azərbaycan şairi Nizami Gəncəvi irsini və Qeys İbn Mulavvahın poetikasını, Səməd Vurğun və Nazim Hikmətin yaradıcılığını, şanlı zəfər tariximizi, ərəb dilçiliyi və türk ədəbiyyatının müxtəlif istiqamətlərini özündə əks etdirən maraqlı məruzələrlə çıxış edib, beynəlxalq tədbirdə sertifikata layiq görülüblər.

Qeyd edək ki, beynəlxalq simpozium Türk-Alman Universiteti və Astana Nəşriyyatının birgə təşkilatçılığı ilə həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: