Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.11.2023 09:42
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda illik hesabatlar təqdim edilir

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda illik hesabatlar təqdim edilir

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktoru, akademik İradə Hüseynova gündəlikdə duran məsələlərlə Şura üzvlərini tanış edib.

Sonra sözügedən elmi müəssisənin Populyasiya genomiksi və Bioadaptasiya laboratoriyalarının 2023-cü il üçün yekun hesabatları dinlənilib. Məruzəçilər biologiya elmləri doktoru Tofiq Allahverdiyev, biologiya üzrə fəlsəfə doktorları Nurməmməd Mustafayev, Samirə Rüstəmova və Səmra Mirzəyeva laboratoriyalarda aparılan elmi tədqiqat işlərinin əsas nəticələrini şura üzvlərinin diqqətinə çatdırıblar. Onlar laboratoriya əməkdaşlarının xarici və yerli jurnallarda çap olunan məqalələri, elmi ezamiyyələr, iştirak etdikləri konfranslardan və kadr hazırlığından bəhs ediblər.

İclasda, həmçinin Təhsil şöbəsinin müdiri Samirə Rüstəmova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Bayramova və Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Həmkarlar Təşkilatının sədri Səadət Xudaverdiyeva cari ildə görülən işlər barədə məlumat veriblər.

Məruzələr ətrafında geniş müzakirələr aparılıb. Dinlənilən hesabatlar qənaətbəxş hesab edilərək qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: