Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.11.2023 14:43
  • A-
  • A
  • A+

Folklor İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Folklor İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktoru, akademik Muxtar İmanov iclası açaraq, gündəlikdəki məsələləri diqqətə çatdırıb.

İclasın gündəliyindəki birinci məsələ AMEA-nın Folklor İnstitutunda vakant vəzifələri tutmaq üçün seçkilərin keçirilməsi barədə olub. İnstitutun elmi katibi, fil.ü.f.d., dos. Elçin Abbasov sözügedən məsələ ilə bağlı məlumat verib. O bildirib ki, fil.e.d., prof. Əfzələddin Əsgərov Türk xalqları folkloru şöbəsinin müdiri, fil.e.d., prof. Füzuli Gözəlov Müasir folklor şöbəsinin müdiri, fil.e.d., prof. Seyfəddin Rzayev Mifologiya şöbəsinin müdiri, fil.ü.f.d., dos. Əziz Ələkbərov Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri, fil.ü.f.d., dos. Ağaverdi Xəlilov Mərasim folkloru şöbəsinin müdiri, fil.ü.f.d., dos. İlkin Rüstəmzadə Folklorun toplanması və sistemləşdirilməsi  şöbəsinin müdiri vəzifəsi üzrə, fil.e.d., prof. Ramil Əliyev isə Mifologiya şöbəsində baş elmi işçi vəzifəsi üzrə vakant yerlərə sənəd veriblər. Həmçinin aparıcı elmi işçi vəzifəsi üzrə 3, böyük elmi işçi vəzifəsi üzrə 3 və elmi işçi vəzifəsi üzrə 2 vakant yerə də sənəd qəbulu olub.

Sonra Elmi şuranın iclasında sözügedən vəzifələrə seçki keçirilib. Gizli səsvermə nəticəsində iddiaçılar iddia etdikləri vəzifələrə seçiliblər.

Daha sonra Folklor İnstitutunun aparıcı elmi işçiləri fil.ü.f.d. Gülsümxanım Atabala qızı Hasilovaya və fil.ü.f.d. Gülnar Zakir qızı Osmanovaya ixtisas üzrə dosent elmi adının verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması ilə bağlı səsvermə keçirilib.

Gizli səsvermənin nəticələri müsbət hesab edilərək, iddiaçıların dosent elmi adı alması üçün qərar verilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: