Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzü Qorxmaz İmanov beynəlxalq seminarda iştirak edib
27.11.2023 14:00
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzü Qorxmaz İmanov beynəlxalq seminarda iştirak edib

İspaniyanın Barselona şəhərində İspaniya Kral İqtisadiyyat və Maliyyə Akademiyasının (RACEF) “Planetdəki həyatın məhdudiyyətləri qarşısında iqtisad elminin səsi” mövzusunda beynəlxalq seminarı keçirilib.

Seminarda Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanov “Ölkələrin iqtisadi inkişafının sosial nəticələrinin qiymətləndirilməsi səviyyəsi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə ölkələrin sosial inkişafının qiymətləndirilməsi üçün intuitiv qeyri-səlis sosial dayanıqlılıq və sosial keyfiyyət modelləri təklif edilib, bu modellərə uyğun məsələlər Azərbaycan timsalında həll olunub. Təklif olunan modellər ilk dəfə olaraq sosial inkişafın qiymətləndirilməsində həyata keçirilib. Bu yanaşma ölkələrin iqtisadi inkişafının sosial nəticələrinin müəyyən olunmasında mühüm əhəmiyyət kəsb edir. Sosial dayanıqlılıq və sosial keyfiyyət indeksləri sosial-iqtisadi sistemin fəaliyyətinin daha geniş təhlilini mümkün edir. Sosial sistemin göstəricilərinin qeyri-müəyyənliyini nəzərə alaraq intuitiv qeyri-səlis məntiq nəzəriyyəsi alətlərinin tətbiqi ilə ölkədə sosial tərəqqinin səviyyəsini şərh edən daha obyektiv nəticələr əldə edilib.

Qeyd edək ki, konfransda İspaniya, İtaliya, Moldova, Əlcəzair, Lüksemburq, Serbiya, Yunanıstan, Meksika və digər ölkələrin alimləri ilə görüşlər keçirilib, fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: