Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarix İnstitutunun əməkdaşı Türkiyədə elmi ezamiyyətdə olub
28.11.2023 15:10
  • A-
  • A
  • A+

Tarix İnstitutunun əməkdaşı Türkiyədə elmi ezamiyyətdə olub

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun Qədim dövr tarixi şöbəsinin kiçik elmi işçisi Selcan Həşimova Ankara Dövlət Universitetində elmi ezamiyyətdə olub.

Ezamiyyət müddətində Ankara Universiteti Dil və Tarix - Coğrafiya fakültəsinin Eski çağ dilləri kitabxanası, Halil İnalcık kitabxanası və Türk Tarix Qurumunun kitabxanasında  “Qədim Şərq urbanizasiyasının xüsusiyyətləri və e.ə.III-I minilliklərdə Azərbaycan şəhərlərinin funksional təyinatı” adlı dissertasiya mövzusu üzrə yeni materiallar toplanılıb.

Ankara Universitetinin elmi seminarlarına və digər tədbirlərə qatılan gənc tədqiqatçı, həmçinin sözügedən universitetdə keçirilən “Doğu Akdeniz Homininleri” adlı tarixi-antropoloji konfransda da iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: