Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.11.2023 16:20
  • A-
  • A
  • A+

Botanika İnstitutunda yeni monoqrafiyanın təqdimatı keçirilib

Botanika İnstitutunda yeni monoqrafiyanın təqdimatı keçirilib

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Elmi şuranın növbəti iclasında mərhum biofizik alim, biologiya üzrə fəlsəfə doktoru Arifə Bağırovanın monoqrafiyasının təqdimatı keçirilib.

Təqdimat mərasimini Botanika İnstitutunun baş direktoru b.e.d., professor Səyyarə İbadullayeva açaraq Arifə Bağırovanın elmi fəaliyyətindən, biofizika elminin inkişafındakı xidmətlərindən danışıb. Professor bildirib ki, A.Bağırova Bakı Dövlət Universitetini bitirdikdən sonra 1980-ci ildə aspiranturaya daxil olmuşdur. 1991-ci ildə AMEA-nın müxbir üzvü Xəlil Qasımovun rəhbərliyi ilə  “biofizika” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə edib. O, 1991-ci ildən ömrünün sonuna qədər Botanika İnstitutunda çalışıb. Alimin əksəriyyəti nüfuzlu beynəlxalq jurnallarda öz əksini tapdığı 100-ə yaxın elmi əsəri nəşr olunub. A.Bağırova doktorluq dissertasiyasını müdafiyəyə təqdim etsə də təəssüf ki, 2022-ci ildə onun vaxtsız ölümü doktorluq dərəcəsini almağına imkan verməyib.

S.İbadullayeva A.Bağırovanın dissertasiya işinin monoqrafiya şəklində çap olunmasını Botanika İnstitutunun Elmi şurasının qərarı ilə həyata keçdiyini vurğulayıb. Monoqrafiyanın membran vasitəsilə ionların və üzvü maddələrin seçici keçiricilik mexanizmlərinin tədqiqinə, membran texnologiyalarının nəzəri əsaslarının işlənib hazırlanmasına və membran funksiyalarının qarşılıqlı əlaqələrinin öyrənilməsinə həsr oluduğunu qeyd edərək, kitabın biofizika sahəsi üzrə çalışan tədqiqatçılar üçün faydalı olacağını diqqətə çatdırıb.

Daha sonra tədbirdə b.ü.f.d. dosent Gülnar Sultanova çıxış edərək alimlə bağlı xatirələrini bölüşüb.

Tədbirdə, həmçinin alimin oğlu Pərviz Bağırzadə çıxış edərək, anası ilə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda Arifə Bağırovaya həsr olunan video-çarx nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: