Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaçı alim NASA-nın dəstəyi ilə keçirilən seminarda iştirak edib
29.11.2023 10:12
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim NASA-nın dəstəyi ilə keçirilən seminarda iştirak edib

Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin aparıcı elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov NASA-nın Yer bölməsinin  dəstəyi ilə Virginia Tech və Old Dominion Universitetinin təşkil etdiyi seminarda iştirak edib.

Elm Məlumat Sistemləri Proqramı üzrə NASA-nın UNBOUND COASTAL ISSUES seminarı sahil zonasının idarə edilməsi üçün modelləşdirmə vasitələri, daşqın riskinin idarə edilməsi üçün fəza sistemlərinin modelləşdirməsi, dəniz səviyyəsinin qalxması və enməsi problemləri ilə bağlı məlumatların vizuallaşdırılması və sahil problemlərinin insan həyatına təsirinin qiymətləndirilməsi məsələlərini əhatə edir.

Seminar iştirakçıları Yer elmi məlumatlarının istifadəsini təkmilləşdirmək üçün dəyərli rəy və praktiki tövsiyələr alıblar. Sonda iştirakçılara sertifikat təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: