Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.11.2024 16:45
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Radiasiya Problemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

ETN-in Radiasiya Problemləri İnstitutunda Zəfər Günü münasibətilə tədbir keçirilib.

Öncə Ulu öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və azadlığı  uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev 30 illik erməni işğalına son qoymuş tarixi qələbəmizin əhəmiyyətindən danışmışdır. 44 günlük Vətən müharibəsində qazanılan qələbə milli bayramımız, qürur mənbəyimiz olmuşdur. Rəşadətli ordumuz dünya hərb tarixinə düşən bir qələbəyə imza atmışdır. Müzəffər Ali Baş Komandanımızın göstərişi ilə qəhrəman əsgərlərimizin, şəhidlərimizin sözlə ifadə edilə bilməyən şücaəti sayəsində  bir vaxtlar arzu və diləklərdə söylənilən “Qarabağ”yaramız sağaldı.

Daha sonra institutun icraçı direktoru Rəvan Mehdiyeva II Qarabağ müharibəsinin tarixinə qısa səyahət edərək qələbə qazanmağımızın əsas amillərindən Azərbaycan xalqının əzmi, iradəsi, iqtisadi gücü, müasir ordusu və iqtidar xalq birliyindən söhbət açmış və tədbir iştirakçılarını bu tarixi gün münasibətilə təbrik etmişdir. Noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad olunması isə hərb tariximizin qızıl səhifəsi oldu və “Zəfər günü” kimi qeyd olunmağa başlandı. Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Şuşa şəhərinin azad edilməsi hərb tarixinə düşəcək hərbi əməliyyatlardan olmuşdur.

Bəli biz qürurla deyə bilərik ki, bu gün qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və qələbə sevincini yaşadan müzəffər ordumuza, şəhidlərimizə borcluyuq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: