Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan kinosunun üslubu” kitabı işıq üzü görüb
29.11.2023 14:06
  • A-
  • A
  • A+

“Azərbaycan kinosunun üslubu” kitabı işıq üzü görüb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Füzuli Mustafayevin “Azərbaycan kinosunun üslubu” kitabı çap olunub.

Kitabın baş redaktoru professor Nadir Məmmədli, elmi redaktoru professor İsmayıl Məmmədli, rəyçiləri filologiya elmləri doktorları Nəriman Seyidəliyev və Aslan Bayramovdur.

Bu gün şifahi ədəbi dilimizin inkişafında və mənimsənilməsində ayrı-ayrı filmlərin xüsusi rolu vardır. Kino dili canlı danışıq dili ilə şifahi ədəbi dil arasında müntəzəm qarşılıqlı əlaqə yaradır.

Kitabda Azərbaycan kinosunda tələffüz üslubları, kino dilində sözün üslubu və semantik izahı,  kino dilinin bəzi qrammatik xüsusiyyətləri, “O olmasın, bu olsun”, “Nəsimi”, “Arşın mal alan” və sair bədii filmlərin üslubi və semantik imkanları  araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: