Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.11.2023 15:45
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun əməkdaşı “Müasir dünyaya açılan pəncərə: İnternet” mövzusunda çıxış edib

Biofizika İnstitutunun əməkdaşı “Müasir dünyaya açılan pəncərə: İnternet” mövzusunda çıxış edib

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhəri 2 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində Biofizika İnstitutunun Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının elmi işçisi Arzu Aydəmirovanın “Müasir dünyaya açılan pəncərə: İnternet” mövzusunda maarifləndirici seminarı olub.

Seminarı giriş sözü ilə mərkəzin metodisti Sevda Bəybalayeva açıb. Mövzu əsasında Arzu Aydəmirova internetin üstünlüklərindən, eyni zamanda müxtəlif yan təsirlərindən, eləcə də, insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyətin yaradılmasında və məlumatların paylaşılmasında sosial mediaların xüsusi rolundan, Vikipediaya məqalə yerləşdirilmə imkanlarından və təşkilat tərəfindən nümayəndə qismində iştirak etdiyi Web of Science platformasının elm cəmiyyətinə bəxş etdiyi töhfələrdən danışıb.

Təlim böyük maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb. Eləcə də seminara dəvət almış müxtəlif filial rəhbərləri bu cür mövzuların uşaqların və gənclərin sosiallaşmasında mühüm təsirini vurğulayaraq gələcəkdə silsilə tədbirlərin keçirilməsində maraqlı olduqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: