Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.11.2023 09:28
  • A-
  • A
  • A+

Muzeydə şagirdlərə Hüseyn Cavid yaradıcılığı ilə bağlı açıq dərs keçirilib

Muzeydə şagirdlərə Hüseyn Cavid yaradıcılığı ilə bağlı açıq dərs keçirilib

Abşeron rayon Xırdalan şəhər 7№li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Zülfiyyə Sadıqova Hüseyn Cavidin Ev Muzeyində şagirdlərinə “Hüseyn Cavidi həm bir şəxsiyyət, həm bir müəllim, həm də bir sənətkar kimi tanımaq hər bir azərbaycanlının mənəvi borcudur” mövzusunda açıq dərs keçib.

Zülfiyyə Sadıqova rəhbərlik etdiyi 6-cı sinif şagirdlərinə Hüseyn Cavid dünyanın tanıdığı görkəmli dramaturq olmaqdan əlavə bir azərbaycanlı kimi milli, insani xüsusiyyətləri özündə əks etdirən ziyalı şəxsiyyət olduğunu xüsusi olaraq vurğulayıb. Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan H.Cavidin ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları haqqında da şagirdlərə ətraflı məlumat çatdırılıb.  

Daha sonra müəllimlərlə Hüseyn Cavidin həyat və yaradıcılığının məktəblərdə necə, hansı səviyyədə tədris edilməsi, məktəblilərin Hüseyn Cavid yaradıcılığına göstərdiyi maraq barəsində söhbətlər aparılıb.

Açıq dərs çərçivəsində şagirdlərə Hüseyn Cavidin həyatı və yaradıcılığı, muzeyin eksponatları haqqında ətraflı məlumat verilib, xatirə şəkli çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: