Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.11.2023 11:35
  • A-
  • A
  • A+

Botanika İnstitutunda biokimyəvi laboratoriya qurulub

Botanika İnstitutunda biokimyəvi laboratoriya qurulub

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Kürdəmir rayonunun ərazisində yerləşən Karrar Təcrübə Dayaq məntəqəsinin inzibati binasında Eksperimental botanika şöbəsinin “Biokimyəvi” laboratoriyası qurulub. 

İnstitutun baş direktoru, professor Səyyarə İbadullayevanın rəhbərliyi və Eksperimental botanika şöbəsinin müdiri b.ü.f.d, dosent Ələddin Qədimovun təşkilatçılığı ilə yaradılan laboratoriya Karrar Təcrübə-Dayaq məntəqəsində aparılan elmi tədqiqat işlərinin səmərəliliyinin artırılmasna, aqrokimyəvi, biokimyəvi və fizioloji analizlərin aparılımasına  xidmət edəcəkdir.

Laboratoriya, sorucu şkaf; torpaq, bitki, göbələk, bakteriya materiallarının və reaktivlərin saxlanılması üçün soyuducular; vakkum termostatı; su hamamı; qarışdırıcı; mikroqarışdırıcı; elektrik maqnitli qarışdırıcı; analitik və elektron tərəzilər; pH-metr; sentrifuqa; quruducu şkaf; fizioloji və biokimyəvi analizləri aparmaq üçün müxtəlif təyinatlı laboratoriya qabları və densimetrlər; laborator təyinatlı stollar və stullarla təchiz olunub.

Laboratoriyada torpağın turşuluq-qələvilik (pH) göstəriciləri, elektrik keçiriciliyi (EK), bitkilərin morfoloji parametrlərinin təyinatı və digər analizlər üçün tam şərait yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: