Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

01.12.2023 16:50
  • A-
  • A
  • A+

Fizika İnstitutunda rusiyalı alimlə görüş keçirilib

Fizika İnstitutunda rusiyalı alimlə görüş keçirilib

AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Dubnanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) çalışan institutun böyük elmi işçisi Nazim Hüseynov və BNTİ-nin Azərbaycan üzrə əlaqələndiricisi, laboratoriya rəhbəri Yevgeni Yakuşev qonaq olublar.

Qonaqlar institutun baş direktoru, BNTİ-nin Azərbaycan üzrə tamhüquqlu fövqəladə və səlahiyyətli səfiri, akademik Arif Həşimovla görüşüblər.

Tanışlıq məqsədi daşıyan görüş çərçivəsində Dubnada uzunmüddətli ezamiyyətdə olan azərbaycanlı alimlərin gördüyü işlər, yeni kadrların cəlb olunması, gələcək əməkdaşlıq perspektivləri və s. müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: